Zaporojyedə güclü partlayış
Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan hissəsində güclü partlayışlar baş verib.
"İnformator.az"xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.
Məlumata görə, şəhərdə hava hücumu təhlükəsi elan edilib.
Bildirilib ki, bundan əvvəl Sum və Çerniqovda partlayışlar qeydə alınıb. Sum və Çerniqov bölgələrində, eləcə də Kiyev və Dnepropetrovsk bölgələrində təhlükə xəbərdarlığı verilib.
