Zaur Məhərrəmov Çempionlar Liqasının matçına təyinat alıb
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, o, Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Ayntraxt” (Almaniya) - “Atalanta” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 26-da keçiriləcək.
