Zaxarova: İsveçin Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb
İsveçin Moskvadakı səfiri Anna Kristina Terese Yuxannesson Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
“İnformator.az” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"İsveç səfirinə Rusiyanın diplomatik nümayəndəliyinə edilən hücumla əlaqədar Stokholmun Vyana konvensiyası üzrə öhdəlikləri xatırladılacaq", - o qeyd edib.