Zədələnən "Qarabağ" üzvünün vəziyyəti necədir?
Azərbaycan millisinin düşərgəsində zədələnən “Qarabağ”ın futbolçusu Toral Bayramovun bərpa prosesi 5-6 gün davam edəcək.
"İnformator.az" xəbər verir ki, bunu millisinin baş məşqçisi Ayxan Abbasov bildirib.
Abbasov 24 yaşlı müdafiəçidə birinci dərəcəli dartınma aşkarlandığını söyləyib.
Qeyd edək ki, Toral Bayramov Azərbaycan millisinin düşərgəsini tərk edib.
