00:00:00
Yazar
Səmayə Səftərova
08.06.2026 20:34 31 2 dəq oxuma
Siyasət

Zelenski Böyük Britaniyaya səfər edib

Zelenski Böyük Britaniyaya səfər edib

Zelenskinin sözlərinə görə, danışıqların əsas mövzuları Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, Avropa təhlükəsizliyi məsələləri və müharibənin başa çatdırılması istiqamətində atılacaq növbəti diplomatik addımlar olacaq.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşoroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa ölkələri Ukraynaya dəstəyin davam etdirilməsində maraqlıdır və əlavə təhlükəsizlik tədbirlərinin görülməsi də gündəmdədir:

 

"Ukrayna prezidenti Volodimir Zelenski Avropanın aparıcı ölkələrinin liderləri ilə sıx təmaslarını davam etdirir. Söhbət əsasən Böyük Britaniya, Almaniya və Fransa liderləri ilə keçirilən görüş və danışıqlardan gedir. Bu təmasların əsas məqsədi Ukraynaya siyasi, maliyyə və hərbi dəstəyin davam etdirilməsi, eyni zamanda münaqişənin başa çatdırılması istiqamətində ortaq mövqelərin formalaşdırılmasıdır. Lakin tərəflərin mövqeləri hələ də bir-birindən kifayət qədər uzaq qalır. ABŞ-nin iştirakı ilə bir neçə dəfə atəşkəs təşəbbüsləri irəli sürülüb, Rusiya və Ukrayna nümayəndələri arasında görüşlər keçirilib. Buna baxmayaraq, indiyədək bu addımlar konkret nəticə verməyib və münaqişənin yaxın zamanda başa çatacağına dair ciddi siqnallar müşahidə olunmur".

 

Politoloq bildirib ki, mövcud vəziyyətdə Zelenskinin keçirdiyi görüşlərin əsas diqqət mərkəzində Ukraynaya Avropa ölkələrinin dəstəyinin daha da gücləndirilməsi dayanır:

 

" Yayılan məlumatlara görə, Ukraynada silah-sursat çatışmazlığı riski mövcuddur və bu məsələ Avropa tərəfdaşlarını daha fəal addımlar atmağa sövq edir. ABŞ-nin Ukraynaya dəstəyinin müəyyən qədər məhdudlaşmasından sonra Avropa İttifaqının daha genişmiqyaslı yardım proqramları hazırlaması zərurəti yaranıb. Müzakirələrdən də görünür ki, Avropa ölkələri Ukraynaya dəstəyin davam etdirilməsində maraqlıdır və əlavə təhlükəsizlik tədbirlərinin görülməsi də gündəmdədir. Böyük Britaniya Avropa İttifaqının üzvü olmasa da, Ukraynaya dəstək məsələsində Avropa ölkələri ilə paralel şəkildə hərəkət edir".

 

 

Səmayə Səftərova

#Ukrayna #Avropa İttifaqı #səfər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər