00:00:00
Yazar
Nigar Həsənzadə
16.02.2026 22:23 9 1 dəq oxuma
Dünya

Zelenski bu 10 rusu qara siyahıya salıb

Zelenski bu 10 rusu qara siyahıya salıb

Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən on rusiyalı idmançıya qarşı sanksiyalar tətbiq olunub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski fərman imzalayıb.

 

Qərara əsasən, Yevgeni Baydusov, İmam Qanişov, Svetlana Daşanimaeva, Arkadi Dvorkoviç, Yana Yeqoryan, Vladislav Larin, Angelina Melnikova, Mədinə Taymazova, Maksim Xramtsov və Fedor Çudinov sanksiya siyahısına salınıb.

 

Sanksiyaya aktivlərin dondurulması, ticarət əməliyyatlarına məhdudiyyətlər, Ukrayna ərazisindən resurs tranzitinin, uçuşların və daşınmanın tamamilə dayandırılması, Ukraynadan kənara kapital axınının qarşısının alınması, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması və digər tədbirlər daxildir.

 

Bildirilib ki, sözügedən şəxslər ukraynalı uşaqlarının oğurlanmasında iştirak etməkdə və Ukraynanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər etməkdə ittiham olunurlar.

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər