00:00:00
Yazar
Banuçiçək Məmmədova
30.05.2026 16:30 20 1 dəq oxuma
Dünya

Zelenski bu şirkətlərə sanksiyalar tətbiq etdi

Zelenski bu şirkətlərə sanksiyalar tətbiq etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Birliyinin 20-ci sanksiyalar paketi çərçivəsində yeni məhdudiyyətlərin tətbiqi haqqında fərmanlar imzalayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında məlumat yayılıb.

 

Fərmana əsasən, sanksiyalar Rusiyanın 16 vətəndaşına, eyni zamanda Rusiya, Belarus, BƏƏ, Qırğızıstan, Qazaxıstan və Özbəkistana məxsus Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində fəaliyyət göstərən 31 şirkətə şamil olunub.

Məhdudiyyətlər Rusiya müəssisələrinin rəhbərlərini, hərbi strukturların nümayəndələrini, eləcə də müdafiə-sənaye kompleksinə aid şirkətləri, radioelektron mübarizə sistemləri, proqram təminatı və pilotsuz uçuş aparatları üçün komponent istehsalçılarını da əhatə edib.

Bundan əlavə, ballistik raket və dron istehsalı proqramları ilə əlaqəli 19 İran vətəndaşına, 7 Sudan vətəndaşına və 11 İran şirkətinə qarşı da sanksiyalar tətbiq olunub.

#sanksiyalar #tətbiq #etdi #baki #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər