Zelenski deyir ki, ABŞ Ukraynaya 15 illik təhlükəsizlik zəmanəti təklif edib
Bazar günü Floridada Donald Trampla yenidən işlənmiş sülh planı üzrə danışıqlar zamanı Vladimir Zelenski bildirib ki, ABŞ Ukraynaya 15 il müddətinə təhlükəsizlik zəmanəti təklif edib.
ABŞ prezidenti bu məsələ ilə bağlı razılaşmanın “95%-ə yaxın” tamamlandığını deyib, lakin Ukrayna lideri o vaxtdan 50 ilə qədər zəmanət almaq istədiyini bildirib. Prezident Zelenski ərazi məsələlərini və Rusiya tərəfindən işğal olunmuş Zaporojjya nüvə stansiyasını həll olunmamış son məsələ kimi göstərib, Ukraynanın mübahisəli Donbas bölgəsinin gələcəyi haqqında çox az danışıb. Rusiya daha əvvəl planın əsas hissələrini rədd edib, lakin Kremlin sözçüsü bazar ertəsi Trampın sülhün daha yaxın olduğu ilə bağlı qiymətləndirməsi ilə razılaşıb, Rusiyaya məxsus xəbər agentliyi Tass xəbər verir.
BBC News
Cavahir Əsgərbəyli
