00:00:00
Yazar
Admin User
30.12.2025 17:21 85 1 dəq oxuma
Dünya

Zelenski: "Putinlə istənilən formatda görüşməyə hazıram"

Zelenski: "Putinlə istənilən formatda görüşməyə hazıram"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə istənilən formatda görüşməyə hazır olduğunu bildirib. 


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Zelenski mətbuat konfransında qeyd edib.

 

Zelenskinin sözlərinə görə, Ukrayna və ABŞ sülh planının müddəalarını əlaqələndirmək üçün gündəlik intensiv məsləhətləşmələr aparırlar. O, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rüstəm Umerovun rəhbərlik etdiyi işçi qrupunun ABŞ Prezidenti Donald Trampın komandası ilə daim telefon əlaqəsi saxladığını deyib.


Zelenski həmçinin qeyd edib ki, əgər ABŞ prezidenti Ukraynaya səfər etsə, bu, atəşkəsə ümidi artıracaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər