00:00:00
Yazar
Güllər Gülhüseynova
13.07.2026 17:10 21 1 dəq oxuma
Dünya

Zelenski "Qətiyyətlilər koalisiyası"nın iclasında iştirak etmək üçün Parisə gedib

Zelenski "Qətiyyətlilər koalisiyası"nın iclasında iştirak etmək üçün Parisə gedib

Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə səfərdədir.

 

"İnformator.az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin bildirib.

 

Məlumata görə, V.Zelenski "Qətiyyətlilər koalisiyası"nın liderlərinin görüşündə iştirak edəcək. Burada Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi və raket əleyhinə sistemlərin yaradılması məsələsi, eləcə də ABŞ-nin Ukraynada "Patriot" istehsalı üçün lisenziyalara dair bu yaxınlarda elan etdiyi planlar müzakirə olunacaq.

#etmək #yeni #azərbaycan #iştirak
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər