00:00:00
Yazar
Admin User
29.12.2025 17:12 85 1 dəq oxuma
Dünya

Zelenski: Rusiya Kiyevdəki hökumət binalarını vurmağa hazırlaşır

Zelenski: Rusiya Kiyevdəki hökumət binalarını vurmağa hazırlaşır

Rusiya Kiyevdəki hökumət binalarına zərbələr endirməyə hazırlaşır. 


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Ukrayna Silahlı Qüvvələrinin Rusiya Prezidenti Vladimir Putinin Nijni Novqorod vilayətindəki iqamətgahına hücum etməyə cəhd etməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən bildirib.

 

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında Putinin iqamətgahına hücum cəhdinin danışıqlar prosesinə təsir edəcəyini deyib. 


Ukrayna Silahlı Qüvvələri ötən gecə Putinin Novqorod vilayətindəki iqamətgahına 91 uzaqmənzilli dronla hücum edib. Dronların Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu qeyd olunur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər