00:00:00
Yazar
Güllər Gülhüseynova
21.06.2026 12:44 18 1 dəq oxuma
Dünya

Zelenski: Rusiyanın enerji obyektlərinə zərbələr ədalətli cavabdır

Zelenski: Rusiyanın enerji obyektlərinə zərbələr ədalətli cavabdır

Ukrayna Silahlı Qüvvələrinin hərbi logistika, neft sənaye obyektləri və hava hücumundan müdafiə sistemlərinə qarşı uzaqmənzilli zərbələri Rusiyanın ukraynalılara qarşı qəddar hücumlarına ədalətli cavabdır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında məlumat verib.

 

"Cəbhə xəttindən təxminən 300 kilometr aralıda apardıqları uğurlu əməliyyatlara görə Ukrayna hərbçilərinə təşəkkür edirəm. Krım körpüsünün hər iki tərəfindəki obyektlərə zərbə endirilib: Krasnodar diyarında neft daşınması üçün dəniz logistika obyekti və müvəqqəti işğal altında olan Kerç şəhərindəki neft anbarı. Bundan əlavə, hərbi logistika obyektlərinə, eləcə də S-400 komplekslərindən dörd radar stansiyasına və iki Pantsir sisteminə uğurla zərbə endirilib", - deyə o qeyd edib.

#xəbər #obyektlərinə #baki #enerji
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər