Zelenski Səudiyyədə: Mühüm görüşlər olacaq...
Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.
“İnformator.az” “Axar.az”a istinadən xəbər verir ki, bu barədə Zelenski Teleqram hesabında məlumat verib.
O, səfər çərçivəsində mühüm görüşlərin planlaşdırıldığını bildirib.
Qeyd edək ki, daha öncə Zelenski Yaxın Şərq ölkələrinə PUA hücumlarından qorunmaq üçün əməkdaşlıq təklif edib.