Zelenski üçgünlük atəşkəsi təsdiqləyib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın elan etdiyi üçgünlük atəşkəsi təsdiqləyib.
"İnformator.az" xəbər verir ki, bu barədə Zelenski "Telegram"da paylaşım edib.
“Bu gün Amerikanın vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində Rusiyanın 1000-ə 1000 formatında məhbus mübadiləsinə razılığını aldıq. Həmçinin 9, 10 və 11 may tarixlərində atəşkəs elan edilməlidir”, - deyə Zelenski qeyd edib.