00:00:00
Yazar
Admin User
22.01.2026 16:21 69 1 dəq oxuma
Dünya

Zelenski üçtərəfli görüşün tarixini açıqlayıb

Zelenski üçtərəfli görüşün tarixini açıqlayıb

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş yanvarın 23–24-də Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi planlaşdırılır.

 

Zelenskinin sözlərinə görə, bu görüş texniki səviyyədə baş tutacaq və onun keçirilməsi müsbət haldır. “ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında ilk üçtərəfli görüş BƏƏ-də keçiriləcək”, – deyə o qeyd edib. O əlavə edib ki, ABŞ tərəfdən müəyyən gözlənilməz məqamlar olub: “Ümid edirəm ki, BƏƏ bu prosesdən xəbərdardır. Ukrayna ABŞ tərəfdən bəzi sürprizlərlə qarşılaşıb. Amma hər halda, nümayəndələr ora gedəcəklər. Hesab edirəm ki, texniki səviyyədə belə bir üçtərəfli görüşün keçirilməsi müsbət addımdır”. Bundan əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı işçi qrupların yaxın günlərdə Əbu-Dabidə görüşəcəyini açıqlayıb.

 

TASS

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər