Zelenski Ukraynanın Kubadakı səfirini vəzifəsindən azad edib
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Kubadakı fövqəladə və səlahiyyətli səfiri İrina Kostyuku vəzifəsindən azad edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna liderinin saytında dərc olunmuş fərmanda bildirilir.
"İrina Kostyuk Ukraynanın Kuba Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin", - fərmanda deyilir.
