Zelenski Ukraynanın yeni Prezident Aparatı rəhbərini açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski kəşfiyyat rəhbəri Kirilo Budanovu Prezident Aparatının yeni rəhbəri təyin edib. Bu qərar əvvəlki əsas köməkçisinin korrupsiya qalmaqalı fonunda istefa verməsindən bir ay sonra açıqlanıb.
Zelenski sosial şəbəkədə paylaşım edərək bildirib: “Bu mərhələdə Ukraynanın təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirməsinə ehtiyac var” və Kiyevdə Budanovla görüşündən fotonu yayımlayıb.
39 yaşlı Budanov indiyədək Ukraynanın Hərbi Kəşfiyyat İdarəsinə (HUR) rəhbərlik edib və qurum Rusiya əleyhinə bir sıra yüksək effektiv zərbələr həyata keçirdiyini bəyan edib.
Onun sələfi Andriy Yermak isə 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı işğal dövründə böyük siyasi nüfuza malik olub. Yermak müharibənin dayandırılması məqsədilə ABŞ-lə aparılan mühüm danışıqlarda Ukraynanın danışıqlar qrupuna rəhbərlik edib.
BBC NEWS
Banu Məmmədova
