Zelenskidən Putinə məktub: Türkiyə və ya İsveçrədə görüş təklifi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı dörd ildən artıq davam edən müharibəni bitirmək üçün Prezident Vladimir Putinə məktub göndərərək birbaşa görüş təklif edib. O, görüşün Türkiyə və ya İsveçrə kimi neytral ölkədə keçirilə biləcəyini bildirib və danışıqlar dövründə tam atəşkəsə çağırıb.
Zelenski məktubda ABŞ-nin hazırda əsas diqqətini İran məsələsinə yönəltdiyini vurğulayıb və sülhün yalnız Ukrayna ilə Rusiya arasında birbaşa dialoqla mümkün olduğunu deyib. Kreml məktubun alındığını təsdiqləyib. Putin isə Ukrayna ilə razılaşmaya hazır olduğunu desə də, Kiyevin ərazi güzəştləri etməli olduğunu bildirib. Ukrayna bu tələbi qəti şəkildə rədd edir.
BBC News
Mələk Hüseynova