Zelenskidən şok: Rusiya bir həftədə 8 min itki verib
Rusiya hava şəraitinin yaxşılaşması səbəbindən cəbhədə daha fəal irəliləməyə başlayıb, lakin itkiləri sürətlə artır. Cəmi yeddi gün ərzində Rusiya 8 mindən çox əsgərini itirib.
“İnformator.az” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin bəyanatında deyilir.
"Bu həftə rusların daha əlverişli hava şəraitindən istifadə edərək hücumlarını gücləndirmək cəhdlərini müşahidə etmişik.
Nəticədə, rus ordusu üçün yeganə nəzərəçarpacaq nəticə itkilərinin artması olub:yalnız bu yeddi gündə 8 mindən çox rus əsgəri öldürülüb və ağır yaralanıb",- bəyanatda deyilir.