Zelenskinin açıqlamasından sonra Rusiya Ukraynanı neft emalı zavoduna hücum etməkdə təqsirləndirir
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin xahişi ilə üç gün müddətinə dayandırılmış Rusiya neft infrastrukturuna hücumların yenidən bərpa olunacağını bildirib. Rusiya isə Kiyevi Moskva yaxınlığındakı neft emalı zavoduna hücum cəhdində ittiham edib.Zelenski ABŞ-ni Ukraynaya təzyiq göstərmək məqsədilə kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırmaqda və "Starlink" xidmətlərinə qəsdən məhdudiyyətlər qoymaqda günahlandırıb. O, həmçinin Vaşinqtonun Rusiya ilə dizel yanacağı ixracı üzrə saziş bağlamasını Rusiyanın müharibə səylərinə sərmayə kimi qiymətləndirib.Zelenski Rusiya neft infrastrukturuna zərbələri yalnız ABŞ-dən daha çox "Patriot" hava hücumundan müdafiə raketləri alacağı təqdirdə dayandıracağını bəyan edib.Bütün bunlarla yanaşı, Rusiya Ukraynanın enerji infrastrukturuna və onlarla şəhərə (o cümlədən Kirovohrad, Donetsk, Xerson və Volın bölgələrinə) intensiv dron zərbələri endirməyə davam edib, son hücumlar nəticəsində ən azı 13 nəfər həlak olub.
Mənbə: BBC
Səkinə Musayeva