Zeynep Sönmez Brisben Tennis Turnirinin finalında
Türkiyə milli tennisçisi Zeynep Sönməz Avstraliyada keçirilən WTA 500 səviyyəli Brisben Beynəlxalq Tennis Turnirində ilk turda Viktoriya Jimenez Kasintsevanı 2-1 hesabı ilə məğlub edərək seçmə mərhələsinin final mərhələsinə yüksəlib.
Türkiyə Tennis Federasiyasının məlumatına görə, Zeynep Sönmez Avstraliyanın Kvinslend əyalətinin Brisben şəhərində keçirilən ilk tur matçında Viktoriya Jimenez Kasintsevanı 6-1, 3-6, 7-6 hesabları ilə məğlub edərək final mərhələsinə vəsiqə qazanıb. Türkiyə milli tennisçisi Zeynep Sönmez seçmə mərhələsinin son turunda altıncı sırada yer alan Elena Qabriela Ruse ilə qarşılaşacaq.
CNN
Zəhra Möhübbətova
