00:00:00
Yazar
Admin User
02.11.2023 14:03 301 1 dəq oxuma
Sosial

Zəfər ayının əlamətdar görüşü

Zəfər ayının əlamətdar görüşü

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin(TEC) "Füyuzat" otağında təşkil etdiyi və noyabr ayına təsadüf edən görüş əlamətdarlığı ilə yadda qaldı. O mənada ki, noyabr zəfərin, qalibiyyətin ayıdır. Yeri gəlmişkən: bundan öncəki görüş Vətən müharibəsi qazilərinin iştirakı ilə baş tutdu.

Bugünkü tədbirin qonaqları da qələmi ilə mətbuatımızda illərdir ki, külüng vuran, elə tələbə vaxtlarından birlikdə qurduqları və nəticədə dəqiq informasiyanın doğru mənbəyinə çevirdikləri "Azxeber.com" saytları ilə çoxminli oxucu rəğbətini qazanan Hacıbəy Heydərli və Əfsələddin Ağalarov oldu. Onlar uzun illərə dayalı peşə fəaliyyətlərindən, Azərbaycan jurnalistikasının 44 gündə düşmənin min hiyləsinə necə məharətlə sinə gərməsindən danışdılar. Jurnalistin öncə vətəndaş olmasının təbəddülatlı dünyamızda nə qədər əhəmiyyətli olmasını qeyd etdilər. Bir neçə il bundan öncə "Diqqət! Xəbər var!" adlı monoqrafiyası ilə Azərbaycan-Türkiyə mətbuatının ortaq dəyərlərinə kitab halına salaraq əbədilik qazandıran Əfsələddin Ağalarova, illər bundan öncə publisistikası ilə yaxından tanış olduğum Hacıbəy Heydərli də təşəkkürümüzü bildiririk.

Sonda onu da qeyd edim ki, tədbirin "Füyuzat" otağında təşkili də simvolik məna daşıyırdı. Füyuzat, bolluq, bərəkətə işarədir. Mətbuatımızın dünəninə işıq salır. Biz də "Azxeber.com"a xəbər bolluğu, mətbuatın sabahı yolunda işıqlı gələcək arzu edirik.

Əsgər İsmayılov

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər