00:00:00
Yazar
Admin User
09.11.2023 15:05 307 2 dəq oxuma
Sosial

Zəfər günü ilə bağlı çəkilən videoçarxlar nifrət oyatmamalıdır

Zəfər günü ilə bağlı çəkilən videoçarxlar nifrət oyatmamalıdır

“İlk öncə “Zəfər günü” ilə bağlı layihə üçün 2 ayrı istiqamət müəyyən etdik. Müzakirə zamanı düşündük ki, Zəfər günündə şəhid, qanlı döyüş və pafos dolu səhnələr olmasın. Çünki bu emosiyalar bizim fəlsəfəmizə uyğun deyil. Biz nifrət, kədər emosiyaları yerinə, nostaljini seçdik. Nostaliji üsul isə hər zaman xoş emosiyalar bəxş edir. İkinci istiqamət isə əsgər üzərindən getməmək idi”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında Kontakt Home-nin kreativ direktoru Urfan Orucov söyləyib. Onun sözlərinə görə, çox güman ki, bütün şirkətlər öz videoçarxlarında daha çox əsgərlərə, üstünlük verəcəkdi.

 

“Düşündük ki, bizim hekayəmiz şablon olmasın. Bizim digər reklam çarxlarımıza da baxsanız görərsiniz ki, biz daha çox qeyri-standart baxışlara üstünlük veririk. Komanda ilə müzakirə zamanı, əməkdaşlarımızdan biri hansısa bir türk kanalında video görməsindən bəhs etdi. Həmin videoda bir qadının Qarabağdakı pianoya qovuşmasından danışılırdı”.

 

Urfan Orucovun sözlərinə görə, onlar sözügedən videonu axtarışlar nəticəsində tapa bilməyiblər.

 

“Biz çox axtardıq, ancaq o videonu tapa bilmədik. Lakin, ideya beynimizdəki rəfdə yerini aldı. Düşündük ki, şəhid olan adamın üzərindən deyil də, pianino üzərindən addımlayaq. Yəni, ortada köhnəlmiş bir pianino var və baş verən bütün hadisələrin şahidi olur. Pianonun üzərindən keçid də bu səbəbdən idi”.

 

Urfan Orucov deyir ki, bu hadisələr zamanı, ilk növbədə nostaliji, sonra kədər, sonra isə qürur hissi ön plana çəkilir.

 

“Mənim gördüyüm səhnələr 90-lardakı videokasset effekti ilə idi. Belə bir fonda bitməyən nəğmənin, davamı olmalı olan bir nəğmənin hekayəsini qurdum. Reklamda ən diqqət etdiyim şeylərdən biri də musiqidir. Yəni musiqi bizə ordakı atmosferi bizə ötürməlidir. Nəzərə almaq lazımdır ki, sonda bütün ideyalar, istər kommersial video olsun, istərsə də sosial çarxlar sonda 1 şeyə xidmət edir. Amma bunu belə səmimi etməlisən”.

 

Kreativ direktor düşünür ki, Zəfər günü, Anım günü ilə bağlı videoçarxlarda əsgər, şəhid, yaxud şəhid anası üzərindən getmək - bizim millətin çox yaralı yerləridir deyə asandır.

 

“Bu mövzusunu işləyirsənsə, ona sinematik məna da qatmalısan. Bəzi videolar sanki “Avtomatı götür, get öldür” deyir. Belə videoda düzgün bir süjet xətti yoxdur. Bu da həmin ssenarinin problemidir. Hər bir ideyanın əvvəlində problem axtarışı dayanmalıdır”.

 

Həcər Əmiraslanlı

 

Mənbənin linki: https://www.facebook.com/share/v/KikstoeJJX29i6Tg/?mibextid=0csxmW

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər