Zəfər turunun son qarşılaşması Qarabağın qələbəsi ilə yekunlaşıb
Misli Premyer Liqasının XI turunda Azərbaycan derbisi keçirilib. "Zəfər turu"nun son matçında Qarabağ Neftçiyə qalib gəlib. Bununla belə, Qarabağ turnir cədvəlinə başçılıq etməyə davam edir.
Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Sultanov “İnformator.az”a açıqlamasında bildirib ki, oyun maraqlı alınıb, “Qarabağ”ın qələbəsi ilə bitib:
“Çempionatımızın ən baxımlı futbol oynayan və ən güclü komandası Qarabağdır. Turlar keçdikcə Qarabağ daha da fərqi artıracaq, xal ehtiyatını çoxaldacaq. Bu il çempion olmaq üçün Qarabağ daha iddialıdır.
Rəqibləri keçən ilə nisbətən bu il güclənib. Amma ümumi olaraq Qarabağ rəqiblərindən üstündür. Qarabağın uğurları Azərbaycan futbolu üçün klub, ad, imic baxımından bizə çox xeyir verir. Bizim futbolu qaldırır. Çelsi ilə heç-heçə edəndən sonra da bütün Avropa Qarabağın hansı ölkənin komandası olduğunu bilir və bu qürurvericidir”.
Nazim Xeyrxəbərli
