00:00:00
Yazar
Admin User
13.11.2025 19:31 147 3 dəq oxuma
Sosial

Zəhərli pozitivlik: hər zaman güclü görünmək məcburiyyəti

Zəhərli pozitivlik: hər zaman güclü görünmək məcburiyyəti

Rəqəmsal dünya gənclərə sonsuz imkanlar yaratdığı qədər, görünməyən psixoloji yük də formalaşdırır. Daim əlçatan olmaq, sosial müqayisələr, informasiya axını və performans təzyiqi gənclərdə tükənmişlik hissini artırır. Bu müsahibədə müasir psixoloji çətinliklərin köklərini, onların gündəlik həyata təsirini və çıxış yollarını müzakirə edirik.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, sözsüz ki, gənclərin tükənmişliklərin artmasının ən əsas səbəblərindən biri mükəmməlliyətçiliklərin olmasıdır:

 

"Bir işə gedəcəkləri hədəfə qarşı onun mükəmməl əldə olunma istəyin olması. Sözsüz ki, biz bir şey mükəmməl olsun deyə yanaşarıqsa, biz ordan ya heç bir nəticə tam istədiyimiz kimi əldə edə bilmərik, ya da əldə edə bilmədiyimiz üçün özümüzü bitkin və durğun şəkildə hiss edərik. Mən bunu əgər bacara bilməsəm necə olar? Ya məndə alınmasa ya seçdiyim bu yol, bu hədəf doğru bir hədəf olmasa, deyə düşüncələr düşünə- düşünə özlərinin bitkin şəkildə özlərini hiss etmələri və gələcəklə bağlı yaranan qayğılar onlarda yorğunluq yaranmağa, tükənmişlik sendromunu yaratmağa başlayır. Normal istirahət edə bilmədikləri zamanda yorulurlar, ətrafda normal dəstək görmədikləri zaman ailədən dostlardan, sevdiklərinə normal dəstək görmədikləri zaman özlərini artıq tükənmişliyin artmasına gətirib çıxardır. Məsələn: bir şeyə doğru hədəf yol alırlarsa, bunu nəyə görə edirəm sualına tam istədikləri kimi cavab almayanda da artıq tükənməyə başlayırlar və həmin yoldan, işdən, strategiyadan vaz keçməyə başlayırlar. Bir növ daxilimizdəki özümüzlə mübarizə aparmağı bacarmadığımız müddətcə bir çox şeylərdən təsirlənməyə başlayıb. Addım olaraq mütləq dərəcədə gündə hər gün də olmasa bir gündən bir 20 -30 dəqiqə yürüşə çıxmalıyıq. Hava almalıyıq, gücümüz yetən qədər bizi xoşbəxt edəcək işlərlə məşğul olmalıyıq. Məsələn: rəsm, musiqi, kitab oxumaq, nə ilə xoşbəxt oluruq. Nəfəs terapiyası, kiçik də olsa nə meditasiya-bizi sakitləşdirəcək. Evdə edə biləcəyimiz kiçik də olacaq bir dünyanı özümüzə qurmalıyıq. Məsələn: hər gün kiçik-kiçik özümüzü planlaşdırma etməliyik, addım-addım günə 10 dəqiqə, 15 dəqiqə planlara doğru addım atılmalıdır. Yəni onu gözardı edilməməlidir. Mütləq dərəcədə və özünə sevgi ilə yanaşmaq, özümüzə şəfqətlə yanaşmaq, özümüzü sarıb-sarmalamaq. Mən dəyərliyəm mənim dincəlməyə, mənim yorulmağa,mənim dayanmağa, mənim durmağa haqqım var. Mənim bir işi tamamlamamağa onu yenidən başlamağa və onu tam mükəmməl alındırmamağa haqqım var. Bu haqqı özümüzə verməliyik. Sosial şəbəkələrdə gördükləri mükəmməlliyətçilik anlayışları onları başqaları ilə çox müqayisə etdirir. Düşünürlər ki, onların həyatları möhtəşəmdir. Yəni belə deyək, niyə mən güclü olmadım? Niyə onların həyatı yaxşıdır? Mənim həyatım yaxşı deyil, ancaq unudurlar ki, biz başqalarının həyatını yaşaya bilmərik və başqalarının həyatı da həqiqətən də göründüyü qədər mükəmməl deyil. Bu, sadəcə sosial şəbəkədə ötürülən indiki dövrdə "xoşbəxtlik" deyirəm mən onlara. Çünki acılarının üzərinə maska çəkib özlərini mükəmməl göstərmək anlayışı var. Unutmayaqki, ən önəmlisi mükəmməl deyil, huzurlu olmaqdır".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər