00:00:00
Yazar
Admin User
18.09.2018 12:56 1270 2 dəq oxuma
Sosial

Zəif görənlər üçün üçün Oftalmologiya mərkəzində bölmə fəaliyyətə başlayıb

Bəzən göz xəstəlikləri müalicə olunsa da, nəticədə əldə olunan görmə həyat fəliyyətində xəstələrə kifayət etmir.
Zəif görənlər üçün üçün Oftalmologiya mərkəzində bölmə fəaliyyətə başlayıb

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Zəif görənlər” (Low Vision) bölməsi fəaliyyətə başlayıb. Bu xidmət ölkədə ilk dəfə olaraq yaradılıb və yeganə mərkəz olaraq fəaliyyət göstərir.


Bəzən göz  xəstəlikləri müalicə olunsa da, nəticədə əldə olunan görmə həyat fəliyyətində xəstələrə kifayət etmir.

Xəstələr oxumaqda, televizor izləməkdə əziyyət çəkir, sosial, məişət həyatında əvvəlki aktivliyini yaşaya bilmirlər. Belə hallarda əksər  xəstələr taleyi ilə barışıb, bu görməylə qane  olub aşağı keyfiyyətli həyat fəaliyyəti sürdürürleə. Belə xəstələr üçün Azərbaycanda  yeganə və  ilk dəfə Milli Oftalmologiya Mərkəzində yaradılmış, son texnologiya ilə təchiz olunmuş, yüksək elmi potensiala malik “Zəif görənlər” mərkəzi (LOW VİSİON) fəaliyyətdədir.

Göz xəstəlikləri aşkarlandığı andan, maksimal görmə itiliyi əldə olunana qədər müalicə, reabilitasiya və habilitasiya aparılmaqdadır. Zəif görənlər (Low Vision) klinikasında hər bir xəstəyə fərdi yanaşılaraq, həyat fəaliyyətini və səviyyəsini daha da rahatlaşdıran son texnologiya ilə “Low Vision” cihazları seçilir və təyin edilir. Klinikanın fəaliyyəti reabilitasiya və tədrisdən ibarətdir. 3 yaş qrupu üzrə istiqamətlənmişdir: 0-3 yaş qrupu, məktəbə qədər və məktəbli uşaqlar, yetkin şəxslər. Bir çox hallarda uşaqlar belə zəif görmə ilə böyüyərək ömrünü başa vurur. Belə xəstələrə kömək göstərmək üçün Azərbaycanda ilk dəfə olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Zəif görənlər (Low Vision) klinikası fəaliyyətinə başlamışdır. Təqdimatın keçirilməsində məqsəd Klinikanın fəaliyyəti haqqında həkim-oftalmoloqlar tərəfindən geniş məlumat verməkdən ibarətdir. Bu zəif görənlər üçün Low Vision cihazları təyin edilərək fərqli bir metdola müalicə aparılmasından danışılacaq.

Əksər valideynlərin MOM ZGK varlığından məlumatları yoxdur.

Fəaliyyət: Görmə zəifliyinin dərəcəsi və xəstənin ehtiyacına uyğun mualicə programı başlanır

Yaxın oxumaq üçün müxtəlif lupalar, mikroskopik eynəklər, görmə sahəsində patologiyası olan uşaqlarda vertikal və ya horizontal prizmatik eynəklər, həm yaxın, həm də uzaq üçün bifokal eynəklər, uzaq görmə üçün  müxtəlif teleskopik eynəklər seçilir.

Cihazlar seçildikdən sonra həm də tədris verilir (Yeni cihaza öyrəşmək üçün).

Görmə kontrastını artırmaq üçün xüsusi işıq fileterleri təyin edilir.

0-3 yaş arası  zəif görən uşaqlar  üçün  xüsusi habilitasiya proqramı təyin edilir.   Bu müalicədən sonra həqiqətən görmə funksiyası olmayan bir uşaqda, görmə xaricdən qazandırılaraq gələcəkdə ən azı özünün minimal ehtiyaclarını ödəməyə imkan vermə görmə itiliyi qazandırılır.

Aysel Əkbərova – uşaq oftalmoloqu

Mob: 0519400092

Ünvan: Bakı şəh., 6-cı mikrorayon., Cavadxan küç., 32/15

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər