"Zirə" bu ölkələrin komandaları ilə qarşılaşacaq
Qış təlim-məşq toplanışının ikinci hissəsini Türkiyədə keçəcək “Zirə”nin rəqibləri bəlli olub.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, komanda Antalyada 3 matça çıxacaq.
Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv yanvarın 12-də Rumıniyanın “Çiksereda”, 16-da isə Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians” klubları ilə qarşılaşacaq.
