00:00:00
Yazar
Admin User
03.12.2025 17:22 109 1 dəq oxuma
İdman

“Zirə” “Neftçi”yə qarşı

“Zirə” “Neftçi”yə qarşı

" "Neftçi" - "Zirə" qarşılaşmasını prinsipial edən amillər bu komandaların son illərdə bir-birinə güc olaraq bərabər olmasıdır".


Bu sözləri idman jurnalisti, şərhçi Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, "Zirə" tarixi baxımdan cavan, gənc komanda olsa da, rəqabətə davamlı komanda, yaxşı bir heyət qura biliblər:

 

"Xüsusilə də baş məşqçi Rəşadın rəhbərliyi altında komanda artıq son iki ildə layiqli mübarizə göstərir, gümüş medallara sahib çıxır. Yəni avrokboklarda da uğurlu çıxış edir. Ona görə belə bir komandanın "Neftçi" ilə qarşılaşması maraqlıdır. Əksər hallarda da "Neftçi"ni üstələyirlər. Bu komandaların qarşılaşması prinsipial olması normaldır, şanslar da bərabərdir. Yəni hər iki komanda qələbəyə yaxındırlar. Burada kim qalib gəlsə, böyük bir sürpriz sayılacaq. Bir oyundan ibarət mərhələ oyun taktikasına ancaq hücum meyilli oynamaqla təsir edir. Bu da ehtiyatdan irəli gəlir. Çünki bu oyunun cavab görüşü olmadığına görə çox da riskə getmək olmaz. Bir top belə oyunun taleyini həll edə bilər. Belə olduğu halda komandalar daha ehtiyatlı oynayırlar, çox da riskə getmirlər. Amma hər halda bir oyundan ibarət olması həm də maraqlı olur".


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər