00:00:00
Yazar
Admin User
02.08.2023 10:29 830 2 dəq oxuma
Sosial

Zəlzələ anında nə etməli, nə etməməliyik?

Zəlzələ anında nə etməli, nə etməməliyik?

İl ərzində Xəzər dənizində 400-dən çox müxtəlif zəlzələ baş verir, hansı ki biz bunlardan əksəriyyətini hiss etmirik. İyulda ölkə ərazisində ard-arda baş verən bir neçə zəlzələnin qismən güclü olması və müxtəlif mobil tətbiqlərlə yayılan mesajlar əhalini küçələrə axışmağa sövq etdi. Əslində, zəlzələ anında nələr etməliyik?


Azərbaycan seysmik cəhətdən aktiv regionda yerləşdiyindən həmişə bu cür təbiət hadisələrinin baş vermə ehtimalı var. Belə vəziyyətdə ən əsası təşvişə düşməməkdir. Bəs insanlar həmin anda nə etməlidirlər? Ekspertlər zəlzələ zamanı önləyici tədbirlərlə dağıntılardan minimal zərərlə qurtulmağın mümkün olduğunu deyirlər. Bu zaman diqqət edilməli vacib məqamlar var:

 

- Zəlzələ zamanı özümüzə düzgün mövqe seçmək olduqca vacibdir. Zəlzələ anında beton sütunların altında və ya yanında dayanmaq lazımdır ki, binadan qopan daş və digər parçalardan özümüzü mühafizə edə bilək.

 

- Zəlzələ hiss olunan an yanlış addımlardan biri də dərhal liftlərə üz tutmaqdır. Lift əvəzinə pilləkənlərdən qaçaraq aşağı həyətə doğru üz tutmaq lazımdır.

 

Təhlükəsizlik eksperti Elmar Nurəliyevin sözlərinə görə, bu, təhlükəsziliyin təmin olunması üçün ən önəmli məqamlardan biridir. Mütəxəssis deyir ki, vətəndaşların yeraltı təkanların gücləndiyi vaxt etdiyi ən böyük yanlış süni ajiotajdır: “Hər bir şəxsin ekstremal vəziyyətlər üçün mütləq təhlükəsizlik çantası olmalıdır. Çantaya lazımi əşyaların, sənədlərin, xüsusilədə fit və fanarın qoyulması mühüm əhəmiyyət kəsb edir. Hadisə zamanı itkin düşmüş və ya dağıntılar altında qalmış şəxs fit və fanardan istifadə edərək öz yerini ərazidəki xilasedicilərə bildirə bilər”.

 

Rahim

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər