ZƏLZƏLƏ BARƏDƏ BİLDİRİŞLƏRİN ÖNƏMİ
Android tipli telefonlara zəlzələni əvvəlcədən xəbər verən mesajların gəlməsi insanlar arasında narahatlıq və çaşqınlığın yaranmasına səbəb olur. Əgər bu təbiət hadisəsini öncədən xəbər verə bilən vasitə yoxdursa, bildirişlər necə göndərilir? Yaranan bu sualları Seysmoloji xidmət mərkəzinin direktoru Qurban Yetirmişliyə ünvanladıq.
Qurban Yetirmişli deyir ki, texnologiya nə qədər inkişaf etsə də, bəşəriyyət hələ ki, təbiət hadisələri qarşısında aciz olaraq qalır. Bu tipli bildirişlər adətən yeraltı təkanlar baş verdikdən sonra gəlir. “Əgər sizin telefonunuza bildiriş gəlibsə, demək artıq sizin olduğunuz məkana yaxın ərazidə zəlzələ baş verib”. Texnobloger Tariyel Ağazadənin sözlərinə görə isə, belə bildirişlərin gəlməsi müsbət haldır. Bunun üçün telefonda bu funksuyanı aktivləşdirmək lazımdır.
Seysmik hadisələrdən əvvələcədən xəbər tutmaq mümkün olmadığından təşvişə düşmək əvəzinə zəlzələ vaxtı aidiyyatı davranış qaydalarını bilmək və mütəxəssilərin tövsiyyələrinə əməl etmək sizə kömək olacaq.
QASIM
