00:00:00
Yazar
Admin User
13.06.2023 18:57 295 1 dəq oxuma
Sosial

Zəlzələ evlərini, yanğın mallarını, fırıldaqçılar isə pullarını aldı

Zəlzələ evlərini, yanğın mallarını, fırıldaqçılar isə pullarını aldı

Zəlzələdə ev və iş yerlərini itirərək uşaqları ilə birlikdə Əskişəhərə köçən Semra və Kadir Demirtaş cütlüyü növbəti bir şok daha yaşayıb.


İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, Antakya əyalətində baş vermiş zəlzələ nəticəsində ev və iş yerlərini itirən ailə bu dəfə də dələduzların qurbanı olub.

 

Zəlzələdən sonra uşaqlarının sağ qalması ilə təsəlli tapan cütlük Əskişəhərdəki Doğan Aslan bəy yataqxanasına yerləşib. Məskunlaşdıqları şəhərdə iş tapıb işləməyə başlayan Kadir Dəmirtaş 14 May seçkilərində səs vermək və geri dönərkən dağıdılmış dükanından motosiklet və ləvazimat gətirmək üçün nəqliyyat vasitəsi icarəyə götürüb.

 

Səsvermə prosesindən sonra ailəsi ilə birlikdə əşyalarını avtomobilə yükləyən Dəmirtaş Əskişəhərə doğru yola düşüb. Şəhərə yaxınlaşarkən avtomobil qəfildən alovlanıb. Canlarını çətinliklə xilas edən ailə bazar dəyəri, təxminən 1 milyon lirə ( 72 min manat) olan motosiklet və avadanlıqlarını itirib.

 

İşə getmək üçün motosiklet almaq istəyən Kadir Demirtaş internetdə tanınmış saytların birindən alış-veriş etmək istəyib. Satıcı ilə müqavilə bağlayan Dəmirtaş 150 min lirə (təxminən 11 min manat) ödədikdən sonra saytın saxta olduğunu öyrənib.

 

Fərahim Rzazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər