00:00:00
Yazar
Admin User
27.04.2018 18:22 1206 3 dəq oxuma
Sosial

Zərifə Əliyevanın doğum gününün “Analar günü” kimi qeyd olunması təklif olunub

"Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir”.
Zərifə Əliyevanın doğum gününün “Analar günü” kimi qeyd olunması təklif olunub

"Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir”. 

 

İnformator.az-ın məlumatına görə, bu barədə Zərifə Əliyevanın anadan olmasınən 95-ci ildönümünə həsr olunan tədbirdə deyilib. Nərimanov İcra Hakimiyətinin başçısı Abdin Fərzəliyev alimin elmi fəaliyyətindən danışıb. Millət vəkili Jalə Əliyeva Zərifə Əliyevanın doğum günün “Analar günü” kimi qeyd olunması təklif edib.

 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva alimin həyat və fəaliyətinə həsr olunan çıxışını Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru,  professor Zərifə xanım Əliyevanın bu fikirləri ilə başlayıb: “Elm – nurdur, lakin göz olmasa, nur da yoxdur”. Onun sözlərinə görə, bu gün ölkəmizdə minlərlə insanın gözünün nurlu olmasında, bu işıqlı dünyaya rahat baxmasında bu böyük alimimizin böyük xidmətləri  olub. 

 

Akademik Zərifə Əliyevanın elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. O, görmə orqanının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr edib. Onun "Herpetik göz xəstəliyi", "Ağır virus konyunktivləri" və sair əsərləri bu qəbildəndir.

 

Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – "peşə oftalmologiyası"nın əsasını qoyub.  Oftalmologiyada peşə xəstəlikləri problemi Zərifə xanımın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları ona böyük şöhrət gətirib və dünya oftalmologiyası məkanında məşhurlaşdırıb. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənib və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlayıb. Apardığı elmi-tədqiqat işlərinin nəticələri alimin "Şin istehsalatında gözün peşə patologiyası", "Xronik yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi qiymətli monoqrafiyalarında öz əksini tapıb.

 

“Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomintsinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdikdən sonra oftalmologiya üçün əhəmiyyətli olan başqa istiqamətlərdə tədqiqatlarla məşğul olub. O, qlaukomanın öyrənilməsinə həsr edilən bir sıra araşdırmalar aparıb. Bu araşdırmaların nəticələrinə əsasən onun dərc etdirdiyi elmi işlər göz xəstəlikləri klinikasının bu sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək edib. 

 

Moskva oftalmoloji məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi adlandırırdı. Dünya şöhrətli oftalmoloq akademik A.Nesterov deyib:  "Zərifə Əliyeva çox ağıllı insan və böyük peşəkar idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi". Akademik N.Puçkovskaya "Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb.Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırıb.  Professor N.Şulpina Zərifə xanımı dünya şöhrətli alim adlandıraraq, "biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik" deyib. 

 

Zərifə xanım öz işini sevən, həvəslə və gərgin çalışan bir şəxsiyyət olub.  Peşəkar oftalmoloq-alim olmaqla yanaşı həm də onun yüksək vətəndaşlıq hissi, səmimiyyəti haqqında çox danışılır.  Zərifə Əliyeva  öz həmkarları  və pasientləri arasında böyük hörmət qazanıb. Hətta bu günə kimi də danışılır ki, Zərifə xanım hamının dərdini, problemini özününkü hesab etməyi bacarırdı, yaşından, təbəqəsindən asılı olmayaraq  ətrafındakılara hər zaman səmimiyyətlə yanaşırdı. 

 

Konfrans Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdlərinin musiqi proqramı ilə başa çatıb. Xatırladaq ki, tədbir Bakı şəhər İcra Hakimiyətinin təşkilatçılığı ilə keçirilib.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər