Zukerberq uşaqlara görə məhkəmədə ifadə verir
ABŞ-nin “Meta” şirkətinin icraçı direktoru Mark Zukerberq sosial medianın uşaqlar və yeniyetmələrdə asılılıq yaratması ilə bağlı məhkəmə işi çərçivəsində Los-Ancelesdə keçiriləcək məhkəmədə ifadə verir.
"İnformator.az" xəbər verir ki, zərərçəkmişlərin ailələrinin sözlərinə görə, şirkətlər bilərəkdən gənc istifadəçilər arasında kompulsiv istifadəni təşviq edən və uzunmüddətli zehni sağlamlığa zərər vuran funksiyalar yaradıblar.
