\"Zvezda” kanalı Azərbaycana qarşı təxribata yol verib
“Zvezda” Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş reportajda Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib
Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı olan “Zvezda” Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş reportajda Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib.
İnformator.az-ın məlumatına görə, reportajda Ermənistan prezidenti Serj Sarkisyanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın “Erablur” hərbi panteonunu ziyarət etdiyi bildirilib. Belə ki, B.Saakyan \"Artsax\"ın - \"Dağlıq Qarabağ Respublikası\"nın rəhbəri kimi təqdim olunub.
Qeyd edək ki, “Zvezda” kanalı Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalıdır.
