Putin Zelenskinin istefasını proqnozlaşdırıb

Bölmə: Siyasət › ,
Tarix: 21:27 20.06.2024

Qərb 2025-ci ilin birinci yarısında Ukrayna lideri Vladimir Zelenskini əvəz edəcək. "İnformator.az" RİA Novostiyə istinadən xəbər verir ki, müvafiq proqnozla Rusiya prezidenti Vladimir Putin çıxış edib.

 

 Dövlət başçısı qeyd edib ki, hələlik Qərb Zelenskini dəyişmək istəmir. O, bunu belə qərarların “vaxtının hələ çatmaması” ilə izah edib.

 

 “Bütün qeyri-populyar qərarlar, o cümlədən çağırış yaşının aşağı salınması onun üzərinə atılacaq, vəssalam. Və sonra onu dəyişdirəcəklər. Düşünürəm ki, bu, gələn ilin hardasa birinci yarısında olacaq”, – nəşr Rusiya prezidentindən sitat gətirir.

 

 Putin həmçinin Rusiyanın Ukrayna ilə bağlı sülh təklifləri ilə Qərbin rəyinin dəyişəcəyini proqnozlaşdırıb. Onlara qarşı nihilizmin əbədi qalmayacağını bildirdi.

 

Banuçiçək Kalbalıyeva