İsrail ordusu Livanda “Hizbullah” xüsusi təyinatlılarını məhv edib

Tarix: 19:16 05.07.2025
İsrail ordusu Livanın cənubuna yeni hücuma başlayıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bəyanat yayıb.
Məlumata görə, hücumun məqsədi “Hizbullah”ın hərbi qanadının “Radvan” elit bölməsinə zərbə endirmək olub. Hücumun Aynata kəndi yaxınlığında həyata keçirildiyi bildirilir.