Husilər təyyarəyə partlayıcı yerləşdiriblər

Bölmə: Dünya › ,
Tarix: 23:15 20.06.2024

Husi lideri Əbdül-Malik əl-Husi bildirib ki, Yəmən Husi üsyançıları gəmiyə pilotsuz sürət qayığı tərəfindən hücum edildikdən sonra Tutor yük daşıyıcısının göyərtəsində partlayıcı yerləşdirə biliblər. Bu barədə "İnformator.az" Tass-a istinadən xəbər verir.

 

"Ən diqqətçəkən hadisələrdən biri "Tutor" gəmisinin Hərbi Dəniz Qüvvələrinin keyfiyyətli əməliyyatı nəticəsində batmasıdır. Gəmi pilotsuz sürətli qayıqla vurulduqdan sonra hərbçilərimiz göyərtəyə minərək partlayıcıları yerləşdirib və onları işə sala biliblər", - əl-Husi deyib.

 

Husilər gəmiyə hücumu iyunun 12-də elan ediblər. Böyük Britaniya Dəniz Ticarət Əməliyyatlarının (UKMTO) məlumatına görə, Yəmənin Hudeydə limanı yaxınlığında hücuma məruz qalan “Tutor” yük daşıyan gəmisi hücumdan bir neçə gün sonra Qırmızı dənizdə batıb. Yunan şirkətinə məxsus gəmi Liberiya bayrağı altında Qırmızı dəniz vasitəsilə Hindistana gedib. Onun ekipajı Filippin vətəndaşlarından ibarət idi. Səlahiyyətlilər 21 ekipaj üzvünün təxliyə edildiyini, bir dənizçinin isə itkin düşdüyünü açıqlayıb.