"Qeyb olan uşaqlıq" - Səma Muğanna

Bölmə: Sosial › ,
Tarix: 10:16 04.07.2024

İyulun 4-ü Səbail Rayon MKS-nın Mərkəzi Kitabxanasında gənc yazıçı Səma Muğannanın "Qeyb olan uşaqlıq" kitabının təqdimatı baş tutub.

 

Tədbiri giriş sözü ilə açan Səbail rayon MKS-nin Metodika və biblioqrafiya şöbəsinin müdiri Şəbnəm Babaşova gənc yazıçı Səma Muğannanın biblioqrafiyasından bəhs edərək sözü Salman Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat arxivinin direktoru Könül Nəsibliyə ötürüb. O, Səmanın gənc yaşlarında göstərdiyi fəaliyyətini təqdir edərək, əsərlərini, yazılarını yüksək qiymətləndirdiyini söyləyib. 

 

Ardınca isə söz Səma xanımın qrup yoldaşı Hikmət Əlizadəyə verilib. Hikmət bəy, bir qrup yoldaşı olaraq yazılarını sevdiyini və qrupda onun yazıları qədər, özünün də vurğunu olduqlarını qeyd edib. Diləklərini, sevincini dilə gətirmək üçün söz Xalq yazıçısı İsa Muğannanın qızı, Filologiya üzrə fəlsəfə doktoru və Səma Muğannanın anası Sevinc Muğannaya verilib. O, bir ana olaraq qürur, fərəh hissləri keçirtdiyini və onun ədəbiyyata, musiqiyə bağlılığında ilk olaraq Səmanın babasına borclu olduğunu vurğulayıb. Sevinc xanım atası İsa Muğannanın "Faciə" əsərini Akademik Milli Dram Teatrında bir gün Səmanın səsləndirməsi arzusunu da dilə gətirərək nitqini sonlandırıb. Tədbir zamanı Səma Muğanna sözləri Nəbi Xəzri, musiqisi Emin Sabitoğluya məxsus "Qəlbimdə qaldın" mahnısını səsləndirib. Daha sonra gənc yazıçının bir neçə tələbə yoldaşları və dostları öz dərin arzularını söyləyib, müxtəlif suallar ünvanlayıblar. Çıxışın sonunda Xalq yazıçısı İsa Muğannanın varisi Səma Muğanna tədbirdə toplaşan hər bir kəsə minnətdarlığını bildirərək, bu haldan çox xoş olduğunu qeyd edib.

 

Tədbirin yekununda isə iştirakçılara imzalı kitablar verilərək, xatirə şəkli çəkilib.

 

Aytac Kərimova 



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.