Tur rəhbəri bədbəxt hadisə nəticəsində ölüb

Bölmə: Hadisə › ,
Tarix: 21:31 02.08.2025

Lerik rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

"İnformator.az" "Oxu.Az"a istinadən xəbər verir ki, bədbəxt hadisə Astara rayonunun Hamuşam kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənddə turistlərə bələdçilik edən tur rəhbəri Lerik rayonunun Günəşli kənd sakini, 29 yaşlı Rufiz Zamanov ehtiyatsızlıqdan yıxılıb.

Nəticədə, o, baş nahiyəsindən ağır xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.