Çankırıda leysana görə evləri, iş yerlərini su basıb

Bölmə: Dünya › ,
Tarix: 22:03 09.07.2024

Türkiyənin Çankırı bölgəsində güclü leysandan sonra bəzi küçələrdə baş verən sel vətəndaşları çətin vəziyyətə salıb.

 

Meteorologiya Ümumi Müdirliyinin güclü leysan xəbərdarlığının etdiyi Çankırıda güclü leysan həyata mənfi təsir göstərib.

 

Güclü yağış səbəbindən Çankırı şəhərinin mərkəzində bəzi küçə və prospektlərdə sel olub. Su basan küçələrdə vətəndaşlar çətin anlar yaşayıb. Yağışla əlaqədar hərəkətə keçən qruplar su basmış küçələrdə təxliyə işləri aparıb.

 


Mənbə : TRT XƏBƏR (TRT HABER)
Tərcümə edən : Lalə Qafarova.