Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirləri görüləcək

Bölmə: Siyasət › ,
Tarix: 15:33 10.07.2025

Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirləri görüləcək.

"İnformator.az" "Teleqraf"a istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən görüşdə bununla bağlı razılıq əldə olunub.


Məlumata görə, Azərbaycan və Ermənistan liderləri iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.