Türkiyə 102 idmançı ilə Parisdə

Bölmə: İdman › ,
Tarix: 22:34 09.07.2024

Türkiyə Cümhuriyyətinin 100-cü ilində Paris 2024 Olimpiya Oyunlarında Türkiyəni 102 idmançı təmsil edəcək.

 

Paris 2024 Yay Olimpiya Oyunları 26 iyul - 11 avqust 2024-cü il tarixləri arasında keçiriləcək. 32 idman növündə, 35 yarış obyektində 10500-ə yaxın idmançının iştirakı ilə keçiriləcək oyunlarda 329 medal yarışı keçiriləcək. Paris 2024 Olimpiya Oyunlarına 17 gün qalmış oyunlarda Türkiyəni təmsil edəcək nümayəndə heyəti bəlli olub. 18 idman növündə 54 qadın və 48 kişi olmaqla ümumilikdə 102 idmançının iştirak edəcəyi təsdiqlənib. Beləliklə, London 2012-dən sonra ikinci dəfə nümayəndə heyətində qadın idmançıların sayı kişi idmançılardan çox olub.

 

TRT Haber

Zəhra Həsənova