"London" taksiləri fəaliyyətinə davam edəcək?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 17:29 01.08.2024
Bildiyimiz kimi, ölkədə taksi minik avtomobilləri parkının yenilənməsi, elektriklə işləyən, ekoloji cəhətdən təmiz və smart texnologiyaların geniş tətbiq edildiyi taksilərin istismarı prioritet istiqamət kimi müəyyən edilib. "LEVC TX4" London taksilərinin əksəriyyətinin istismar müddəti başa çatıb.
Gündəmdən düşməyən "London" taksiləri fəaliyyətinə davam edəcək?
Bu barədə nəqliyyat eksperti Aslan Əsədov "informator.az"a açıqlamasında bildirib ki, London taksiləri ilə bağlı zamanla hətta ilk gələndən onun talehi ilə bağlı neqativ fikirlər var idi:
"Taksilər işləməyəcək, bahalı olacaq və bu kimi fikirlər London taksilərinin fəaliyyətinə kölgə salacaq kimi səslənirdi. Sadəcə bu nəqliyyat vasitəsinin alışı-satışı hansı qaydaların, hansı həllərin olacağı düşündürücüdür. Təbii ki, London taksilərinin özünün müştəriləri vardır ki, sadəcə getsinlər. Yanacağıyla problem ola bilər, başqa problem görmürük. Problemlər olsa da, taksilər yenədə fəaliyyət göstərə biləcəklər. Mühərrik və yanacaq sistemində dəyişiklik baş verərsə, yenə də fəaliyyət göstərəcəklər".
Nigar Səmədli