Gələcəyin mediası: “Əkinçi”nin izi ilə

Tarix: 11:07 11.07.2025
Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və "Azərconnet Group"un birgə təşkilatçılığı ilə "Gələcəyin mediası:"Əkinçi"nin izi ilə" adlı konfrans keçirildi.
Açılışı "MEDİA könüllüləri" programının könüllüləri kiçik səhnəciklə başladılar. Kiçik tamaşada süni intellekt və canlı insan düşüncəsi arasındakı konfliktdən danışdılar.
Tədbirin aparıcısı Abbasağa Əlizadə Milli Mətbuatımız haqqında ilkin məlumatı verdi.
Daha sonra Azərconnect Group-un baş direktoru Emil Məsimov Milli Mətbatımızın inkişafından, "Əkinçi" qəzetinin təşəkkül tarixindən və media sahəsində gənclərin özlərini inkişaf etdirməsinin önəmindən danışdı. Media mənsublarının istər Vətən müharibəsi dönəmində, istərsə də indi cəmiyyətdəki yerindən bəhs etdi.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi-nin İcraçl direktoru Əhməd İsmayılov "Media haqqında qanun"dan və rəgəmsal bir mühitdə dezinformasiya xəbərlərin yayılmasının qarşısının sürətli bir şəkildə alınması haqqında öz fikirlərini söylədi.
Tədbirin gedişatında Mətbuat Şurası-nın sədri Rəşad Məcid də medianın gələcəyindən danışdı.