"İsrail İranın istənilən rəhbərini raket zərbəsi ilə məhv edə bilər"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 10:28 02.08.2024

"Moskva HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmail Haniyənin öldürülməsini tamamilə qəbuledilməz siyasi qətl hesab edir".

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib. XİN rəsmisi Haniyənin ölümünün gərginliyi artıracağını bildirib.

 

Bəs, sui qəsd müharibənin gedişinə necə təsir edəcək? İslam dövlətlərinin qətlə reaksiyası necə olacaq? 

 

Mövzunu "informator.az"a şərh edən politoloq Elşad Həsənov bildirib ki, İsmail Haniyənin Tehranda vurulması, terror nəticəsində öldürülməsi, doğurdan da, beynəlxalq ictimaiyyət qarşısında çox ciddi təhlükənin olduğunu bildirir:

 

"Bunu da dövlət başçılarının əksəriyyəti pisləyib. Xüsusilə İran rəsmiləri buna ciddi cavab veriləcəyini bildirib. Təbii ki, bu İsrail dövlətinin siyasətidir. Netanyahu "müharibə başlayanda biz HƏMAS hərakatının liderlərinin hamısını məhv edəcəyik" sözlərini deyib. Buna görə də belə bir aksiya əməliyyatının məhz Tehranda keçirilməsi onların İranı özlərinə düşmən bilməsini göstəricisidir. Bildiyiniz kimi İsmail Haniyə Qətərdə yaşayırdı. Amma onun Qətərdə deyil, Tehranda vurulmasının çox ciddi səbəbləri var. Bunun səbəbləri də həm İran problemlərinin Həmasa qarşı apardığı müharibədir. İsrail də çox yaxşı bilir ki, bunun arxasında İran durur. Ona görə də yaxın zamanda İranın yenidən İsrailə raket, dron hücumları olacağı şübhəsizdir. Böyük müharibə olaraq deyil, amma cavab kimi bu atışlar olacaq. Çünki əks təqdirdə İran nüfuzunu itirə bilər. Ancaq görünən odur ki, İsrail hərbi texniki cəhətdən çox inkişaf etmiş ölkədir".

 

Politoloqun sözlərinə görə, İran dəfələrlə öz müdafiə sisteminin yaxşı olduğunu deyib, amma İsrail hakimiyyəti İranın istənilən rəhbərini raket zərbəsi ilə məhv edə bilər:

 

"Bu, çox ciddi məsələdir. Bunun haqqında da yəqin ki, İran rəhbərliyi düşünür. Təbii ki, bu terror aktına bütün müsəlman ölkələri ciddi reaksiya verdilər. Hətta bu məsələ bu gün BMT-nin təhlükəsizlik şurasında da müzakirə olundu. İran nümayəndəsi bunu terror hadisəsi adlandırdı. BMT-nin təhlükəsizlik şurasının buna ciddi reaksiya verməsini tələb etdi. Ancaq İsrail bildirir ki, məhz onlara qarşı İsmayıl Haniyənin də rəhbərlik etdiyi Həmas hərəkatı oktyabrın 7-də İsrailə hücum edib, israilliləri girov götürdülər. Bunun müqabilində biz onların harda olmasından asılı olmayaraq hər birini məhv edəcəyik. İsrail ümumiyyətlə düşmənlərinin harda olmasından asılı olmayaraq bir-bir öldürürlər. Ona görə də Netanyahu da bildirdi ki, biz İsrailə hücum təşkil edənlərin əksəriyyətini məhv edəcəyik, məhv etdikdən sonra da yaxın şərqdə müharibə bitəcək. Ancaq bundan sonra İran və ya başqa dövlətlər İsrailə müharibə elan etməyəcək. Təbii ki, vəziyyət gərginləşib, bunun haqqında da ABŞ-ın dövlət katibi bildirdi ki bu hadisədən onların xəbəri yoxdur. Ancaq vəziyyətin gərginləşməməsi üçün çoxsaylı danışıqlar aparılır. İran və onun proksi qüvvələri mütləq İsrailə cavab verəcəklər. Bu cavabın da çox ciddi bir cavab olacağını da düşünmürəm".

 

Aləmzər İbrahimova