Döymə olan insanlarda limfa xərçəngi riski daha yüksəkdir

Bölmə: Maraqlı › ,
Tarix: 21:12 08.08.2024

İsveçdəki Lund Universitetinin tədqiqatçıları 2007-2017-ci illər arasında İsveçdə limfa xərçəngi diaqnozu qoyulmuş 20-60 yaş arası 11.905 nəfərin məlumatlarından istifadə edərək döymə və xərçəng arasında əlaqəni araşdırıblar.

Tədqiqatçılar müəyyən ediblər ki, döymə etdirən insanlarda limfoma inkişaf riski, olmayanlara nisbətən 21 faiz daha yüksəkdir.
Tədqiqatçılar döymədə istifadə edilən mürəkkəbin tərkibində kanserogen kimyəvi maddələrin olduğunu və bu kimyəvi maddələrin döymə zamanı dəri baryerini deşərək bədənə daxil olduğunu və xərçəng riskini artırdığını bildiriblər. Döymənin ölçüsü ilə xərçəng riski arasında heç bir əlaqə olmadığını qeyd edən tədqiqatçılar, ölçüsündən asılı olmayaraq döymənin bədəndə iltihabı tətiklədiyini və limfa xərçəngi riskini artırdığını bildiriblər. Araşdırmanın nəticəsi “Science Direct” saytında dərc olunub.

Nərgiz Orucova
Mənbə: TRT haber