Ağ Ev Baydenin yeni nüvə strategiyasını şərh edib

Bölmə: Siyasət › ,
Tarix: 22:35 22.08.2024

ABŞ-ın nüvə silahı siyasətinin formalaşmasında Rusiya, Çin və Şimali Koreyanın nüvə potensialı nəzərə alınır, lakin ABŞ prezidenti Co Baydenin administrasiyasının yeni strategiyası ayrı-ayrı ölkələrə qarşı yönəlməyib.  

"İnformator.az" xəbər verir ki, bu barədə RİA Novosti-yə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.

 

 "Bu ilin əvvəlində verilən təlimat heç bir quruma, ölkəyə və ya təhlükəyə cavab deyil"

 

 Agentliyin həmsöhbətinin sözlərinə görə, Amerika administrasiyasının nüvə silahı siyasətinə yanaşmaları geosiyasi şərait nəzərə alınmaqla müntəzəm olaraq yenilənir.

 

 Bayden administrasiyası bildirib ki, yeni strategiyanın bir hissəsi olaraq Vaşinqton nüvə silahlarının qlobal rolunu azaltmağa, onların sayını minimuma endirməyə çalışır və həmçinin nüvə silahı olmayan dünyaya doğru irəliləmək məqsədini güdür.

 

 Bundan əvvəl Ağ Ev bildirib ki, ABŞ Rusiya ilə Strateji Silahların Azaldılması Müqaviləsi (START)-nin varisi ola biləcək sazişi müzakirə etməyə hazırdır.

Banuçiçək Kalbalıyeva