İranın Ermənistanı silahlandırması müharibəyə səbəb ola bilər?-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 18:41 02.09.2024
İran siyasəti inkişaf etmiş bir sferaya sahibdir. Pezeşkianın Ermənistanla tam olaraq əlaqəsini kəsəcəyini düşünmək absurddur".
Bu sözləri siyasi şərhçi Kazım Kazımov Azərbaycan və İran-Ermənistan münasibətlərini şərh edərkən söyləyib. Onun sözlərinə görə, İran Ermənistana silah göndərsə belə, Ermənistan Azərbaycanla müharibə iqtidarında deyil:
"İran və Ermənistan arasında uzun illərdirki mühüm bir siyasət vardır. Təəssüflər olsun ki, İran hələ I Qarabağ müharibəsi dövründə Ermənistanın təcavüzkar siyasətinə qarşı çıxmayıb. Hətta Ermənsitanla iqtisadi, siyasi əlaqələr də qurub. Təbii ki Məsud Pezeşkianın siyasi profilinə baxdıqda, xüsusən II Qarabağ müharibəsi dövründə-onun Təbriz millət vəkilliyi dönəmində açıq şəkildə Azərbaycanı dəstəklədi. Qarabağın işğaldan xilas edilməsinə sevindi. Hətta Məsud Pezeşkian seçkilərdə qalib gəldikdən sonra onun seçilməsinə erməni diasporasının ciddi şəkildə qarşı çıxdığını gördük. İran və Ermənistan əlaqələri davam edəcək. Çünki Tehran və İrəvan arasındakı münasibətlər artıq 40-cı ilinə yaxınlaşır.
İranın Ermənistana göndərdiyi silahlar münaqişəyə səbəb olarmı? Silahlı qüvvələrimiz var, 4 il bundan öncə Ermənistanı yerində otuzdurub. Bütün Ermənistan Azərbaycanın gücünü bildi. Ordan-burdan alınmış silahlarla isə Ermənistan Azərbaycanla müharibə edə bilməz"!
Fidan Fərhadlı