Sülhün önündəki maneə: Ermənistan Konstitusiyasında dəyişiklik ediləcək?-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 19:30 06.09.2024
Ermənistanın Ədliyyə Naziri Qriqor Minasyan jurnalistlərə müsahibəsində Ermənistanda yeni Konstitusuyanın müzakirəsinə start verildiyini bildirib.
Onun sözlərinə görə, komisyanın iclası keçirləcək və iclasda Konstitusiya İslahatları Şurasının üzvü Daniel İoannsisyanın konstitusiya reqlamentinə sabit səs çoxluğu ilə yenidən baxılması təklifi müzakirə olunacaq. Nazir deyib ki, Konstitusiya dəyişikliklər üçün referendum deyil, dəyişdirilə bilən konkret maddələrin müzakirəsi təklif olunub. Bu müzakirə edəcəyimiz yeni bir məsələdir, bununla bağlı qərar veriləcək. 2027-ci ildə Konstitusiya ilə bağlı referendumun keçiriləcəyi ilə əlaqədar təsəvvürlər var.
Ermənistanın yeni Konstitusiyası ölkənin siyasi əlaqələrinə necə təsir edəcək?
Mövzunu "İnformator.az"a şərh edən siyasi şərhçi Kazım Kazımov bildirir ki, Azərbaycan və Ermənistan arasında sülhün önündəki ən böyük maneələrdən biri Ermənistan Konstitusiyasıdır:
"Ermənistan Konstitusiyasında açıq şəkildə ərazi işğallarını dəstəkləyən, hətta bunu tələb edən maddələr var. "Böyük Ermənsitan" xülyası ilə yaşayan separatçıların və imperialistlərin oraya qoyduğu hüquqla heç bir uyğunluğu olmayan maddələrdir. Bu maddələr dəyişmədən, onların bizim torpaqlarımıza olan iddiaları bitmədən biz onlarla bir sülh imzalaya bilmərik. Ermənistan müharibədən sonra yaxşı anladı ki, artıq bəzi addımları atmalıdır. Ancaq Ermənistanda bunu tam olaraq anlamırlar. Çünki həm Nikol Paşinyan, həm də dövlət rəsmilərinin açıqlamasına baxdığımızda görürük ki, söz və əməl uyumsuzluğu var. Nikol Paşinyan açıqlamalarında sülhdən danışır, lakin əməldə heç bir addım atmayıb. Referendum məsələsini 2027-ci ilə saxlayırlar. Çox uzun müddətdir. Əslində bu 6 ay, 1 il ərzində həll ediləcək prossesdir. Sadəcə Nikol Paşinyan və digər siyasi qüvvələr öz siyasi marağları üçün bunu istifadə etməyə çalışırlar. Onlar bilirlər ki, maddələrdə ciddi dəyişiklik olarsa, revanşist qüvvələr bundan istifadə edə bilər. Onlar Ermənistan xalqına bunun vaxtını uzadaraq, önümüzdəki seçkiyə atmağa çalışırlar ki, ən azından bunlar həyata keçirilməmiş seçkiyə getməsinlər. Lakin onlar bu hərəkətlərlə Cənubi Qafqazda sülhün imzalanmasını əngəlləmiş olurlar.
Fidan Fərhadlı