Beşiktaşın kabusu Ajax!

Bölmə: İdman › ,
Tarix: 11:55 27.09.2024

Hollandiya təmsilçisi ilə keçirdiyi hər matçda ən azı iki top buraxan ağ-qara komanda dünənki nəticə ilə birlikdə ümumilikdə 18 dəfə topu öz qapısından çıxarıb.

"Beşiktaş"ın dünən UEFA Avropa Liqasında oynadığı matçda Hollandiyanın "Ajax" komandasına qarşı uğursuz seriyası davam edib. Daha əvvəl Amsterdam komandası ilə 6 dəfə Avropa Çempion Klublar Kuboku (1966), Kuboklar Kuboku (1993) və UEFA Çempionlar Liqasında (2021) mübarizə aparan ağ-qaralar 7-ci görüşdə meydanı məğlubiyyətlə tərk edib.
Hollandiya təmsilçisi ilə qarşılaşmaların hər birində ən azı iki qol buraxan Kartal dünənki nəticə ilə birlikdə ümumilikdə 17 dəfə topu öz qapısından çıxarıb. Bu seriyada cəmi 3 dəfə qol sevinci keçirən təmsilçimiz 4 matçda səssiz qalıb.

Avrokuboklar tarixində Ajax komandasının heç bir məğlubiyyətlə üzləşmədən ən çox qarşılaşdığı  komanda Beşiktaşdır. Ağ-qara komanda dünən axşam avrokuboklarda Hollandiya komandaları ilə də 11-ci dəfə üz-üzə gəlib. Kartal "Ajax", "Feyenoord" və PSV Eyndhoven ilə bu görüşlərdə 8 məğlubiyyət və 3 qələbə qazanıb. Yeri gəlmişkən, “Beşiktaş”ı çalışdıran Covanni van Bronkhorstun 2015-ci ildə başlayan məşqçilik karyerasında ən çox rəsmi matçda məğlub olduğu rəqib “Ajax”dır.

Mənbə: Hürriyet
Fatimə Abdulrəhimli